Türkiyə parlamentində gərgin gün: 2 maddə qəbul edildi, deputat sayı artırılır
Türkiyə Böyük Millət Məclisində millət vəkilləri Konstitusiyaya dəyişikliklə bağlı təklifin 1-ci maddəsinə gizli səsvermə yolu ilə münasibət bildiriblər. APA TV-nin məlumatına görə, 1-ci maddə 347 lehinə səslə qəbul edilib.
Təklifin əleyhinə 132 deputat səs verib, 2 nəfər bitərəf qalıb, 2 deputat münasibət bildirməyib, 1 səs isə etibarsız sayılıb. Ümumilikdə, gizli səsvermədə 484 millət vəkili iştirak edib.
Türkiyə Cümhuriyyəti Konstitusiyasına dəyişikliyə dair təklif edilən sənədin 1-ci maddəsi Konstitusiyanın "İttiham səlahiyyəti" başlığında dəyişikliyi nəzərdə tutur.
Daha sonra parlamentdə Konstitusiyaya dəyişikliklə bağlı təklifin 1-ci turunda 2-ci maddənin gizli səsverməsi keçirilib.
Səsvermədə deputatların 343-ü lehinə səs verib. Maddənin əleyhinə 133 millət vəkili səs verib.
Türkiyə Cümhuriyyəti Konstitusiyasında dəyişiklik edilməsinə dair təklifin ikinci maddəsinin qəbulu, parlamentdə millət vəkili sayının 550-dən 600-ə çatdırılmasını nəzərdə tutur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı