"Bu mənim hekayəm" müsabiqəsinin qalibləri mükafatlandırıldı
"APA Holdinq"də Kulis.az saytının keçirdiyi #bumənimhekayəm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, müsabiqəyə 600-dən artıq hekayə göndərilib. Şərtlərə cavab verən 282 hekayə Kulis.Az-ın Facebook səhifəsində yerləşdirilib. Qaliblər sosial şəbəkə istifadəçilərinin səsverməsi əsasında müəyyən edilib.
Tədbirdə çıxış edən Lent.az agentliyinin baş direktoru Qabil Abbasoğlu qeyd edib ki, bəzən yazarların öz ailələrində böyük faciələr baş verir, lakin onlar cəmiyyətə tamam başqa əsərlər təqdim edirlər. “Yeni nəslin bu baxımdan cəsarətli olması məni sevindirir. Estetikanı qorumaq, yazmaq lazımdır. Stimul vermək önəmlidir” - deyə o, əlavə edib.
Tanınmış jurnalist İlqar Rəsul isə müsabiqə qaliblərinin “like” sayı ilə müəyyən edilməsinə diqqət çəkərək bildirib ki, heç bir nəticə istedadın tam göstəricisi deyil. Onun sözlərinə görə, 1997-1998-ci illərdə qısa hekayə janrı demək olar ki, başa düşülmürdü. Amma bu gün qısa hekayə müsabiqəsi keçirilir.
Şair Qismət isə bu müsabiqə vasitəsilə Kulis.az-ın gücünün üzə çıxdığını bildirib.
Beləliklə, I Yeri Kəramət Böyükçöl “Qəpik” hekayəsi ilə qazanıb. “Minaya gələn ayaqlar” hekayəsinin müəllifi Hacıağa Əliyev 2-ci yerə layiq görülüb. Hüseyn Bağırov “Gözlənilməz zəng” hekayəsi ilə 3-cü yerdə qərarlaşıb.
Redaksiya heyətinin seçdiyi 30 ən yaxşı hekayə isə Kulis.az saytında yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı