Türkiyədə polis idarəsinə hücum: terrorçu öldürüldü

Qaziantepdə polis idarəsinə hücum olub. APA TV-nin məlumatına görə, 2 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib.

Baş verən atışma zamanı terrorçulardan biri öldürülüb, bir polis əməkdaşı və bir uşaq isə yaralanıb.

İkinci terrorçunun avtoparka qaçaraq gizləndiyi bildirilir. Xüsusi təyinatlılar həmin terrorçunun zərərsizləşdirilməsi üçün əməliyyat keçirir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR