Zaqatalada 52 yaşlı kişi intihar etdi

Zaqatalada iki uşaq atası intihar edib. Hüquq-mühafizə orqanlarından APA TV-yə  verilən məlumata görə, hadisə bu gün səhər saat 08:30 radələrində rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Eldar Həsən oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İki övlad atası olan E.Ramazanovun hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR