Soyuq hava Avropada 30 nəfərin həyatına son qoyub

Avropada soyuq hava şəraiti davam edir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yaxın günlərdə Avropanın bəzi ölkələrində hava daha da pisləşəcək.

Xüsusilə Yunanıstana güclü qar yağacağı gözlənilir. Artıq bəzi rayonlarda fövqəladə rejim elan olunub. Adalarda şərait daha da çətindir.  

Təhlükənin “qırmızı” - ən yüksək səviyyəsi Serbiyada da hökm sürür. 10-a yaxın yaşayış məntəqəsi qarla örtülüb. Bu günlərdə xilasedicilər 120 insan və 70-ə yaxın avtomobili evakuasiya ediblər.  

Türkiyədə isə qar paytaxt aeroportunu iflic edib. Bosfor boğazı ilə hərəkət tam məhdudlaşdırılıb. Soyuq hava şəraiti Avropada təxminən 30 nəfərin həyatına son qoyub.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR