Dağ kəndlərinə gedən könüllü “Şaxta babalar”ın hədiyyəsi nə oldu? - REPORTAJ
Yeni İldə əksər uşaqların Şaxta babadan arzuladıqları diləklər yerinə yetib. Kiminin validenyləri, kiminin isə nənə-babası gerçəkləşdirib bu arzuları. Bayram ərəfəsində ucqar dağ kəndlərinin azyaşlılarını isə "Campinq Azerbaijan" təşkilatının könüllüləri sevindiriblər. Bir nüçə könüllü eko tur çərçivəsində Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan uşaqlara hədiyyə aparıb. Könüllülərdən Cavid Qara deyir ki, layihənin ideyası iki il öncə fotoqraf dostu ilə Qusarın Yerğikek və Elik kəndlərindən qayıdarkən ağıllarına gəlib. Qərar veriblər ki, Şaxta Baba formasında bu kəndlərə gəlib uşaqları sevindirmək olar. Həttda qarlı dağlar aşaraq bu kəndlərə yetişməklə uşaqlarda əsl Şaxta Baba ilə görüş təssüratı yaratmaq olar.
"Bir həftə ərzində 14 kənddə 220 uşağa hədiyyə çatdırmaq üçün 80 kilometr yürüş etdik. Bu il isə 100 kilometr yürüş edərək 14 kəndə hədiyyə payladıq. Qubanın Qalaxudat və Qırız kəndlərinə getdik. Çox maraqlı və fərqli bir marşrutumuz oldu. Bu il layihənin kerçəkləşməsinə daha çox insan dayaq oldu. Ötən ildən fərqli olaraq daha çox uşaq sevindirə bildik. Həm də apardığımız hədiyyələr də keyfiyyərinə görə fərqlınirdi. ".
Cavid Qaranın sözlərinə görə, hədiyyələri çatdırmaq üçün 6 nəfər yola düşüb. 10 gün ərzində 14 kənd gəzən gənc “Şaxta babalar” 5 dağ aşırımını keçmək üçün 100 kilometr məsafə qət ediblər.
"Bizim layihənin gerçəkləşməsinə daha çox sadə insanlar yardımçı oldular. Amma böyül şirkətlərdən də kömək gözləyirdik. Bir neçəsinə müraciət etdik, amma onlar sonradan bizi dəstəkləmədilər. Bizim çox ürəyimizcə olan dəstək “TEAS Press” nəşriyyatının “3 alma” uşaq ədəbiyyatı bölməsindən gəldi. Biz çox arzu edirdik ki, o kitablardan alaq. Onların bu dəstəyi tam yerinə düşdü. Onlar 205 ədəd müxtəlif növ uşaq ədəbiyyatı verdilər. Hamısı dünya uşaq ədəbiyyatından seçmələr idi. Bu kitablarla yanaşı özümüz də bəzi kitablar əldə etdik. “3 alma”nəşriyyatının seçmə kitablarını məktəblərə çatdırdıq. Orada uşaqlar üçün fərdi hədiyyələr vardı, "Uşaq ensiklopediya"ları vardı. Onları məktəblərə hədiyyə etdik. Ümid edirik ki, bu, təhsil prosesinə kömək edəcək. Kitablar çox keyfiyyərlidir, yəqin uzunömürlü olacaq, illərlə bu kitablar xarab olmayacaq. Həm üz qabığı, həm də tərtibatı çox keyfiyyətli idi. Ən gözəl yerinə düşən dəstək “Teas Press”in, “3 alma”nın verdiyi dəstək oldu. Başqa heç bir şirkət bizə kömək eləmədi. Qalan hədiyyələri sadə insanlar yığaraq töhvfə etdilər”.
Cavid Qara hədiyyə edilən kitabların təhsil prosesində uşaqlara kömək edəcəyini düşünür:
“Ümid edirik ki, bu, uşaqların təhsil prosesinə də kömək edəcək. Kitablar həm də tərtibat baxımından çox keyfiyyətli kitablardır. İllərlə istifadə etsən belə o kitablar demək olar ki, sıradan çıxmaz. Kitabları görəndə çox sevindilər, əsasən də nağıl kitablarını. "Uşaq ensiklopediya"larını tədrisin daha keyfiyyətli keçildiyi Qubanın Zıxır, Dalıqaya və Rük kəndlərindəki məktəblərə verdik”.
Yürüşün çox uzun çəkdiyini deyən Cavid Qaranın sözlərinə görə, yüksək dağlıq ərazidə ən hündürə qalxıdqları yüksəklik 2670 metr olub. Könüllülər Yeni İli Azərbaycanın ən yüksəklikdə yerləşən Yerğikek yaşayış məntəqəsində keçiriblər. də olan gənclər 10 günlük marşrutun sonunda Yeni ili ən yüksək yaşayış məntəqəsində 2370 metr yüksəklikdə keçiriblər.
“Bundan sonra heç bir şirkətə müraciət etmək istəmirik. Biz istəyirik ki onlar bizə müraciət etsinlər. Şirkətlər çoxdur, biz isə azıq. Düşünürəm ki əlaqəli şirkətlər bizə kömək edərlər. Həm onların özləri üçün yaxşı olar, çünki onların məhsulları ucqar kəndlərə gedər. Bu cür layihələr Bakıda da, cəmiyyətdə də yaxşı qarşılanır. Əgər onlar bizə dəstək olsa onlar üçündə yaxşıdır ki onların məhsulları reklam oluna bilər. Amma biz ucqar dağ kəndlərində bu layihəni hər il təkrar etmək istəyirik”.
Cavid Qara artıq yeni layihəyə başladıqlarını da deyib:
“Artıq bir lahiyəyə başlamışıq. Dünən elan etdik. Bəzi kəndlər var ki orada məktəblər yoxdur, çünki uşaq sayı az olduğuna görə orada məktəb təşkil etmək mümkün deyil. Oradakı uşaqlar qonşu məktəblərə gedirlər. Hava şəraiti pis olanda məktəbə getmək çox çətin olur. Ona gröə biz artıq İsmayıllının bir kəndində yeni layihəyə başlamışıq. Orada uşaqlar hər gün 4 km yolu piyada getməli olurdular. Uşaqlar hər gün ən yaxşı halda bir saata aşağı düşürlər dərəyə düşürlər, 2 saat 30 dəqiqəyə kəndə qayıdırlar. O da havalar yaxşı keçsə. Bəzən heç getmirlər dərsə. Biz artıq uşaqlar üçün nəqliyyat təşkil eləmişik. Məramımızı elan etmişik, lazımi qədər vəsait toplanarsa, bu işi davam etdirəciyik. İstənilən halda həmin kəndi öz himayəmizə götürmüşük”
Qeyd edək ki, "Campinq Azerbaijan" könüllüləri səfər çərçivəsində 384 uşağa hədiyyə paylayıb. Layihə gələn il də davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı