Şirvanda 74 yaşlı kişi itkin düşüb
Şirvanda 74 yaşlı kişi 4 gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, T.İsmayılov ev 27v, mənzil 11 ünvanında yaşayan 1943-cü il təvəllüdlü Malik Ağamusa oğlu Əsgərov işıq kartına pul yükləmək üçün evdən çıxıb və geri qayıtmayıb.
Poçt şöbəsində olarkən ona bildiriblər ki, işıq kartında borc yaranıb. Malik Əsgərov borcun səbəbini aydınlaşdırmaq üçün Şirvan şəhər Elektrik Şəbəkəsinə yollanıb. Bundan sonra yoxa çıxan Malik kişidən artıq 4 gündür ki, heç bir xəbər yoxdur.
Evdən çıxan zaman onun əynində boz kostyum, qara gödəkçə və qara papaq olub. Onun itkin düşməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib. Hazırda axtarış tədbirləri həyata keçirilir.
Malik Əsgərovu görən və ya yerini bilən şəxslərdən xahiş olunur ki, aşağıdakı telefonlara məlumat versinlər: Şirvan ŞPŞ (021) 215 14 50 və ya 055 524 89 34 , 070 224 89 34.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı