Trampın qələbəsi azərbaycanlı iş adamına 1,8 milyard dollar qazandırdı
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 milyard dollar varlanıb. APA TV-nin məlumatına, ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib.
Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16 faiz bahalaşıb. Hazırda G.Timçenkoya məxsus 23 faizlik səhm paketinin dəyəri 1,8 milyard dollar təşkil edir. "Forbes" G.Timçenkonun sərvətini 15,1 milyard dollar həcmində dəyərləndirir.
Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 milyard dollar varlanıb. Hazırda onun sərvəti 18,2 milyard dollar təşkil edir.
"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D.Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 milyard və 1,4 milyard dollar varlanıb. Maraqlıdır ki, V.Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 milyon dollar artıb.
D.Trampın qələbəsi "LUKoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 milyard dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "LUKoil" şirkətinin səhmləri 8 faiz bahalaşıb. Ümumilikdə 2016-cı il ərzində "LUKoil"in səhmləri 59 faiz bahalaşma nümayiş etdirib.
Qeyd edək ki, D.Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti 29 milyard dollar artıb.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8 faiz artırdığı halda, rusiyalı milyarderlər 7,1 faiz varlana bilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı