Türkiyə parlamentində səsvermənin nəticələri: 338 lehinə, 134 əleyhinə

Türkiyə parlamentində Konstitusiya dəyişikliklərinin maddə-maddə müzakirəsinə başlanmasına dair səsvermənin nəticələri açıqlanıb.

 

APA TV-nin məlumatına görə, səsvermə nəticəsində 338 millət vəkili müzakirələrin başlamasının lehinə səs verib.

 

Səsverməyə 480 millət vəkili qatılıb, HDP üzvləri səsvermədə iştirak etməyiblər, müzakirələrin başlamasının əleyhinə 134 nəfər səs verib, 2 nəfər bitərəf qalıb, 5 bülleten boş olub, 1 bülleten isə etibarsız sayılıb. AKP-dən 314, MHP-dən 33 millət vəkili səs verib, Konstitusiya dəyişikliklərini dəstəkləyən iki partiyanın birgə səsi 347 etməli olsa da, müzakirələrə başlamaq lehinə 338 nəfər səs verib. Hər iki partiyadan 9 nəfərin dəyişiklikləri dəstəkləmədiyi məlum olub.

 

Türkiyə parlamentində dəyişikliklər paketindəki 1-ci maddə ilə bağlı müzakirələr və səsvermə bu gün Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR