Avro bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi 9 yanvar tarixi ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,8824 manatdır.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1553 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində azalma baş verib.

 

Rus rublu və türk lirəsi ucuzlaşıb, gürcü larisi isə manat qarşısında dəyər qazanıb. Açıqlanan rəsmi kursa əsasən, 1000 rus rublu 29 manat 60 qəpik, 100 türk lirəsi 47 manat 76 qəpik, 100 gürcü larisi 64 manat 69 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrinin həftə içi hər gün yeniləyir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR