Bakı və İstanbul arasında 8 təyyarə reysi ləğv edildi

İstanbul və Bakı arasında səkkiz təyyarə reysi ləğv edilib. Bu barədə APA TV-yə Heydər Əliyev Bakı Beynəlxalq Hava limanından verilib. Məlumata görə, İstanbuldakı qarlı-şaxtalı hava üzündən İstanbulun Atatürk hava limanından uçmalı və Bakıya yanvarın 9-u saat 20.00-da, yanvarın 10-u saat 01.50-də, yanvarın 10-u saat 05.40-da eniş etməli olan, Sabiha Gökçen hava limanından uçmalı və yanvarın 10-u saat 03.50-də Bakıya eniş etməli olan reyslər ləğv edilib. Bundan başqa, Bakıdan İstanbulun Atatürk hava limanına yanvarın 9-u saat 20.55-də, yanvarın 10-u saat 04.45-də, yanvarın 10-u saat 07.50-də, Sabiha Gökçen hava limanına yanvarın 10-u saat 06.10-da yola düşməli olan reyslərlə də uçuş həyata keçirilməyib. Uçuşların nə vaxta təxirə salındığı barədə məlumat yoxdur. Ləğv edilən reyslərin hamısı “Türk hava yolları”na məxsusdur. Qeyd edək ki, “Türk hava yolları” İstanbuldan təkcə bu günə planlaşdırılan 121 reysi ləğv edib.

 

“Azərbaycan Hava Yolları”na məxsus iki reys isə İstanbuldan Bakıya həyata keçirilib və artıq təyyarələr Azərbaycan paytaxtına çatıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR