Goranboyda mebel ustası ölümcül döyüldü

Goranboy rayon sakini ölümcül döyülüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 34 yaşlı Elşad Dadaşov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həyat yoldaşı Aygün Dadaşovanın sözlərinə görə, gecə saatlarında dəfələrlə zəng vursa da, Elşad zənglərə cavab verməyib. Səhər isə yaxınları mebel ustası işləyən Elşad Dadaşovu huşsuz halda Hacallı kəndi ərazisində aşkarlayıblar.

 

Zərərçəkən təcili yardım avtomobili ilə Goranboy Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan mebel ustası travmatologiya şöbəsinə yerləşdirilib. Həyat yoldaşı Elşadın 15 ildir kənddən köçərək, rayon mərkəzində yaşadığını və hər hansı kənd sakini ilə probleminin olmadığını deyib. Yaxınları 3 uşaq atası olan zərərçəkənin 6 nəfər tərəfindən başqa yerdə ölümcül hala salınaraq Hacallı kəndinə gətirildiyini iddia edirlər. Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR