İstanbulda 1400-dən çox təyyarə reysi təxirə salındı, Bakı reysi də ləngidi

Türkiyənin İstanbul şəhərinin hava limanlarından 1400 təyyarə reysinin uçuşu təxirə salınıb. Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Hava şəraiti hava limanlarının da işində cidd problemlər yaradıb.

 

“Azərbaycan Hava Yolları” QSC-nin İstanbul-Bakı aviareysi Azərbaycan paytaxtına gecikmə ilə çatıb. Bu barədə məlumatı APA TV-yə Heydər Əliyev Bakı Beynəlxalq Hava limanından veriblər. Bakıya yanvarın 9-u saat saat 17:05-də çatmalı olan reysdə ləngimə 3 saatdan çox davam edib və təyyarə Bakıya saat 20.43-də enib. Bakıdan İstanbula isə yanvarın 9-da Bakıdan üç reys həyata keçirilib.

 

Qarlı, şaxtalı və fırtınalı hava şəraiti ilə əlaqədar yanvarın 10-da İstanbul, Çanaqqala, Balıkəsir və Yalova məktəblərində tətil elan olunub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR