Şirvanda avtomobil dərəyə aşdı: 2 yaralı

Şirvanda avtomobil dərəyə aşıb, 2 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Elnur Eynulla oğlunun idarə etdiyi “KİA Sportage” markalı 90 GP 469 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Talış kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Fərid Şuru oğlu yüngül bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasında yardım alıblar. Qəza zamanı avtomobil tamamilə yarasız vəziyyətə düşüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR