Masallıda məscidlərdən oğurluq: qazanlar, ölü pambıqları...
Masallıda məscidlərə qənim kəsilən şəxs polis tərəfindən hadisə yerində saxlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsində, Dəmirçi və Qızılavar kəndlərində qeydə alınıb.
Oğru Dəmirçi kənd məscidinə girərək oradan yas mərasimləri üçün istifadə olunan 4 mis-qazan oğurlayıb. Bundan başqa, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və pambıqla dolu iki sellofan paket oğurlanıb.
Sonuncu oğurluq hadisəsi isə Şahsəfi məscidində qeydə alınıb. Məscidin imamı Fikrət Nəzərovun sözlərinə görə, ötən gün namaz vaxtı tanımadıqları gənc oğlan hər kəsin namazını qılıb qurtardığını gördükdən sonra nəzir qutusunu sındıraraq içində olan 106 manat nəğd pulu oğurlayıb. Səs-küyə gələn imam dərhal polisə məlumat verib. Hadisə yerindən qaçmaq istəyən oğru polis tərəfindən saxlanılıb.
Masallı Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisəni törədən şəxs rayonun Seybətin kənd sakini Ağahüseyn Ramiz oğludur. Onun başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı