Azərbaycan London Olimpiadasında daha bir medal qazandı - 5 İLDƏN SONRA
Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə olunub. Apasport.az saytının məlumatına görə, son illər yalnız əleyhimizə işləyən dopinq qalmaqalları bu dəfə yığmamız mükafat bəxş edib.
Özü də bu ən qalmaqallı idman növümüz olan ağırlıqqaldırmada rəsmiləşib. Buna London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairov imza atıb.
Yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından, Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.
Londonda 5-ci olan iranlı Səid Məhəmmədpurkarkara çempion elan edilib. Bürünc mükafat isə koreyalı, Londonda 8-ci olan Min Jae Kimə nəsib olub. Bütün bunlara səbəb ilk “dördlük”də qərarlaşanların - İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanması olub.
Bununla da London-2012-də qazanılan medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamız ikinci yerlərinin sayını 3-ə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı