İmişlidə polis reydi: 50-yə qədər sürücü cərimələndi
İmişlidə Baş Dövlət Yol Polisi İdarəsi və İmişli rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilərək barələrində protokol tərtib olunub.
Avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına yerləşdirilib. Eyni zamanda avtomobili sərxoş vəziyyətdə idarə edən, lakin alkotesterdən imtina edən sürücülər də olub.
Sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsi kütləvi qayda pozuntusu kimi qeydə alınıb. İşıqforun qırmızı işığında keçən, avtomobili dövlət nömrə nişansız idarə edən, sükan arxasında telefonla danışan, texniki baxışdan keçməyən sürücülərə də qayda pozanlar arasında rast gəlinib.
Axşama qədər davam edən reyd zamanı yol hərəkəti qaydalarına əməl etməyən 50-dən çox sürücü haqqında protokol tərtib olunub, cərimələr yazılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı