Axtarışda olan FETÖ-çü ABŞ-da rektor təyin edilib

FETÖ ilə əlaqədə olmaqda şübhəli bilinən və axtarışda olan keçmiş rektor ABŞ-da rektor təyin olunub. APA TV-nin məlumatına görə, Şərif Əli Tekalan keçmiş Fatih Universitetinin rektoru olub.

Məhkəmədə onun haqqında "FETÖ cinayətləri", "İmtahan suallarının oğurlanması", "Futbolda fırıldaq" kimi bir neçə cinayət işi açılıb. Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Onun Texasda yerləşən Şimali Amerika Universitetinə rektor təyin olunduğu bildirilir.

Anadolu Agentliyinin xəbərinə görə, 2010-cu ildə Texasda Türkiyənin Ali Təhsil Şurasının təsdiqi ilə Şimali Amerika Kolleci adı ilə fəaliyyətə başlayan təhsil müəssisəsi 2013-cü ildən Şimali Amerika Universiteti adlanır.

Haqqında saxlanma qərarı çıxarılan Tekalanın əvvəlcə Avropaya, ordan isə ABŞ-a qaçdığı bilinirdi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR