Manat bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi 6 yanvar tarixi ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,8677 manatdır.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

Rus rublu və türk lirəsi ucuzlaşıb, gürcü larisi isə manat qarşısında dəyər qazanıb. Açıqlanan rəsmi kursa əsasən, 1000 rus rublu 29 manat 80 qəpik, 100 türk lirəsi 48 manat 63 qəpik, 100 gürcü larisi 64 manat 58 qəpikdir.

Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrinin həftə içi hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR