Neft həftəyə 57 dollar qiymətlə başladı

Neft həftəyə stabil qiymətlərlə başlayıb. APA TV-nin xəbərinə görə, birjalarda həftənin ilk seanslarında "Brent" markalı neftin bir bareli 57,1 dollardan satılıb, növbəti seanslarda isə qiymət 56,90 dollara enib.

Qərbi Texas nefti isə ilk hərraclarda 53,83 dollardan təklif olunub, səhər keçirilən seanslarda isə qiymətlər cüzi ucuzlaşıb.

Həftə ərzində neftin qiymətinə təsir göstərəcək əsas amil OPEK üzvlərinin hasilatı azaltmağa dair razılaşmaya necə əməl edəcəyi olacaq. Bundan başqa, ABŞ-ın xam neft və benzin ehtiyatlarının həcminə dair həftə ərzində açıqlanacaq hesabatlar da qiymətlərə təsir edəcək. Qışın sərt keçməsi yanacaq-sürtgü materiallarına tələbatı artırır, bu isə neftə olan tələbatı az da olsa artırmaq iqtidarındadır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR