ABŞ tankları Almaniyaya belə gətirildi - HADİSƏ YERİNDƏN

Almaniyanın Bremer hafen limanına ABŞ tankları gətirİlib. APA TV-nin "RT Deutsch" telekanalına istinadən məlumatına görə, tanklardan əlavə gəmilərdən "Haubitsa" topları da endirilib. 

Hərbi texnikalar buradan dəmir yolu vasitəsi ilə Şərqi Avropaya daşınacaq. Tankların yanvarın 12-də Polşada olacağı deyilir. Əgər bütün texnika bir qatarda daşınsa, qatarın uzunluğunun 15 kilometr olacağı bildirilir.

Ümumilikdə, Şərqi Avropa ölkələrinə 87 "M1 Abrams" tankı, 144 canlı qüvvə daşıyan "M2 Bradley" zirehli maşını, 18 özühərəkətedən "Haubitsa М109 Paladin" topları və digər hərbi texnikalar paylanacaq.

.

​​

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR