Poçtdan əliboş çıxdılar, yaxınlıqdakı dükanı yardılar - LƏNKƏRANDA OĞURLUQ

Lənkəranda poçt şöbəsindən oğurluq etmək istəyənlər, əliboş qaldıqlarını görərək yaxınlıqdakı marketi yarıblar. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Digah kəndində qeydə alınıb.

İki nəfər olduğu ehtimal edilən naməlum şəxslər əvvəlcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-yə məxsus Lənkəran Regional Poçt Filialının Digah-Şilavar poçt şöbəsinin binasına daxil olub. Seyfi aça bilmədiklərini görərək, hadisə yerindən uzaqlaşıblar.

Naməlum şəxslər poçt binası yaxınlığındakı Əfqan Kərimova məxsus ərzaq mağazasına da giriblər.

Əvvəlcə mağazasının tavan hissəsini sındırsalar da içəri daxil ola bilməyiblər. Bundan sonra dəmir siyirmənin açarlarını qaynaq yerindən qıraraq mağazaya giriblər. Qarətçilər kassadan pul tapa bilmədiklərindən,  telefon danışıq kartlarını və siqaretləri götürərək oradan uzaqlaşıblar. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rövşən Əzimov  APA TV 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR