İŞİD Bağdadı qan gölünə çevirdi: 23 ölü, 50 yaralı

Bu gün Bağdadda iki partlayış törədilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, birinci partlayış Bağdadın Cəmilə rayonunda bazarda bomba yüklü avtomobildə törədilib.

Partlayış nəticəsində 13 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu partlayışa görə artıq İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. 

İkinci terror aktını isə Baladiyat rayonunda bazarda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salaraq həyata keçirib. Nəticədə 10 nəfər ölüb.

Bu hadisəni də İŞİD-in törətdiyi ehtimal olunur.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR