Erməni politoloq: "Ermənistan aprel döyüşlərindən nəticə çıxara bilmədi"
"2016-cı il daxili və xarici siyasət baxımından Ermənistan üçün son dərəcə böhranı il kimi yadda qalıb".
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin rəhbəri Manvel Sarkisyan bildirib.
O, hazırda Ermənistan hakimiyyətinin dünyada baş verən və bütövlükdə mövcud şəraitin dəyişməsinə səbəb olan hadisələri düzgün və obyektiv qiymətləndirmək iqtidarında olmadığını vurğulayıb.
"Baxın, Ermənistan aprel döyüşlərindən hər hansı bir nəticə çıxara, Dağlıq Qarabağ probleminə düzgün yanaşma sərgiləyə bilmədi. Halbuki, Ermənistan hakimiyyətinin aprel döyüşlərindən sonra etməli olduğu ilk iş danışıqlar prosesində irəliləyiş eldə etməyə çalışmaq olmalı idi".
Politoloq eyni zamanda Dağlıq Qarabağ problemini həll etmədən Ermənistanın istər iqtisadi, istərsə də diplomatik sahədə hər hansı uğur əldə edə bilməyəcəyinə diqqət çəkərək, Dağlıq Qarabağ münaqişəsinin həlli reallaşmadıqca Ermənistanın inkişaf yoluna çıxacağının inandırıcı olmadığını qeyd edib.
"Hakim siyasi qüvvələr 25 il ərzində ölkədə normal dövlət qura, qanunun aliliyini təmin edə bilməyib. İndi kimdən soruşsanız deyəcək ki, Ermənistanın əsas problemləri Dağlıq Qarabağ münaqişəsi və Serj Sarkisyandır".
Politoloq Ermənistanı saxta dövlət adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı