"Demirchi Tower"də qətl: 23 yaşlı oğlanı “Vinçester”lə güllələdilər
Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.
Hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" şirkətinin ofisində baş verib. Hadisə yerinə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə yerinə baxış zamanı bir şəxsin odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
13:58
1409
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1563
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1534
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1104
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1198
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1134