Zorakılığa məruz qalan 10 yaşlı Nuray: "Böyüyəndə vəkil olmaq istəyirəm"
Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadə başına gələnləri APA TV-yə danışıb. Onun sözlərinə görə, məhkəmədən zorla çıxarıldıqdan sonra atasının əlindən çıxaraq qaçmağa müvəffəq olub:
"Anamdan ayrılmaq istəmirdim. Onlar da məni dartıb ayırdılar. Sonra anamı yıxdılar, məni də başladılar sürüyüb aparmağa. Bayıra çıxanda çapalayıb əlindən çıxdım, özünü ata adlandıran o şəxs də yıxıldı. Mən də onun əlindən çıxıb, ananın yanına qaçdım".
O icraçılar tərəfindən zorakılığa məruz qaldığını deyib: "İcraçılar mənim incitdi. Anamla məni ayırmışdılar, Məni sürümüşdülər, anamı yıxmışdılar".
Nuray Bayramzadə atasını ilk dəfədir gördüyünü deyir: "Mən onu indiyədək görməmişəm. Birinci dəfədir görürdüm. Mən daha ondan qorxuram, heç vaxt onun yanına gedə bilmərəm".
Nurayın qollarında zorakılıq izləri hələ də qalmaqdadır. Ciddi psixoloji travma yaşayan 10 yaşlı qız böyüyəndə vəkil olmaq istədiyini deyir: "Böyüyəndə vəkil olmaq istəyirəm. Çünki vəkil məhkəmə işlərinə baxır. Adamların problemlərini həll edir. Uşaqlıqdan Mehriban anamla qalıram. Gözümü açandan buradayam. Mənə yaxşı baxırlar. Nənəmi çox istəyirəm. Amma ən çox anamı istəyirəm".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı