Sabirabad sakini qaynının qulağını dişi ilə qoparıb
Sabirabad sakini qaynının qulağını dişləyib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Moranlı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb. Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı, 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub. Küt alətlə başından ağır xəsarət alan Cavad Mirzəyev Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1409
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1563
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1534
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1104
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1198
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1134