İstanbul iflic oldu - SƏBƏB

İstanbulda kəskin soyuqlar başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin ən böyük şəhərinin ətraf bölgələrlə quru yolla əlaqəsi kəsilib.


İstanbul boğazında hərəkət edən sərnişindaşıyan gəmilərin də hərəkəti dayandırılıb.

Şəhərin müxtəlif səmtlərində əlverişsiz hava şəraiti səbəbindən qəzalar baş verib. Qarın hündürlüyü ən az yağıntı düşən yerlərdə 20 sm-dir. İstanbulun Avropa tərəfində isə çovğun davam edir.

İstanbul aeroportlarında uçuşlar təxirə salınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR