Hillari Klinton Nyu-Yorkun meri ola bilər

ABŞ prezidentliyinə sabiq demokrat namizəd Hillari Klinton Nyu-York meri postuna namizəd olmaq niyyətindədir. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, H. Klintonun Nyu-York meri postuna keçiriləcək seçkilərdə iştirak edəcəyi gözlənilir.

 

Xatırladaq ki, Hillari Klinton ötən il noyabrın 8-də keçirilən prezident seçkilərində Donald Trampın əsas rəqibi olub.

 

Qeyd edək ki, Nyu-York şəhərində mer seçkiləri cari ilin 7 noyabr tarixində keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR