Səudiyyə və BƏƏ neft satışını məhdudlaşdırır, "qara qızıl" bahalaşır
OPEK üzvlərinin hasilatı azaltmağa dair razılaşmaya əməl etməsi birjalarda neftin yüksək dəyər qazanmasını təmin edir. Həftənin son hərraclarında "Brent" markalı neftin bir bareli 56,83 dollardan satılıb, gün ərzində ən yüksək qiymət isə 57,44 dollar olub. Qərbi Texas nefti də dəyərini qorumaqda davam edir. Son seansda 53,71 dollardan təklif olunan WTİ neftinin sutkalıq maksimum qiyməti 54,27 dollar olub.
Neftin həftə ərzində dəyərini qorumasının bir neçə səbəbi var. Səudiyyə Ərəbistanı artıq gündəlik hasilatı 486 min barel azaldaraq 10,058 milyon barelə salıb. Bu rəqəmi The Wall Street Journal açıqlayıb. Bundan başqa Saudi Aramco şirkəti müştərilərlə fevralda neft satışını 3-7 faiz azaltmağa dair danışıqlara başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin də bazara neft nəqlini azaltdığına dair xəbərlər var. Bununla belə bütün OPEK üzvlərinin razılaşmaya əməl edəcəyinə şübhələr hələ də qalmaqdadır. Xüsusilə İraqın razılaşmaya əməl edəcəyinə inam azdır. Ümumilikdə dekabr ayında OPEK üzvləri gündəlik hasilatı 34,18 milyon bareldən 34,18 milyon barelədək azaldıblar.
Həftə ərzində neftin bahalaşmasına təsir göstərən yeganə amil OPEK üzvlərinin hasilatı azaltması deyil. ABŞ dollarının altı əsas valyutaya nəzərən dəyər itirməsi, ABŞ-da Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasının zəruriliyinə şübhələr yaranması da neftin yüksək qiymətini dəstəkləyir. Digər tərəfdən ABŞ-ın xam neft ehtiyatlarının azalması da qiymətlərə pozitiv təsir göstərib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı