ABŞ PKK-ya təlim keçir - AFRİNDƏN GÖRÜNTÜLƏR
ABŞ-ın Afrində PKK terror təşkilatının üzvlərinə təlim keçdiyini təsdiqləyən fotolar yayımlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Hatay və Kilislə sərhəddə yerləşən Afrin qəsəbəsində PKK-nın şərti olaraq "Terror Akademiyası" adlandırılan düşərgəsi yaradılıb. Düşərgədə amerikalı hərbçilər terrorçulara xüsusi döyüş təlimləri keçirlər. Türkiyə prezidenti və baş nazirinin "ABŞ PKK-nı silahla təmin edir" bəyanatlarından sonra Türk Dilində Danışan Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin Suriya Ofisi bu iddiaları təsdiqləyən fotoları yayımlayıb.
Türkiyə təhlükəsizlik qüvvələri Afrində fərqli bölgələrdən gələn terrorçulara təlim keçirildiyini, ABŞ-lı hərbi müşavirlərin bu prosesə rəhbərlik etdiyini müəyyən ediblər. Baş nazirə təqdim olunan hesabatda keçən il PKK-nın ABŞ-dan aldığı silahlarla "modern ordu" qurmaq ərəfəsində olduğu bildirilir. PKK bu silahların bir hissəsini Münbiç, Elbab, Afrin xəttində yerləşdirib. PKK-ya verilən silahlar arasında ağır silahların olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı