Fil dişi sahilində keçmiş hərbçilər şəhər tutdu

Fil dişi sahilində ordudan təxris olunmuş bir qrup keçmiş hərbçi ölkənin mərkəzindəki Buake şəhərini ələ keçirib. Üsyançılar polis məntəqələrindən silah ələ keçiriblər, asayiş keşikçiləri ilə atışıblar, daha sonra isə şəhərin girişlərində post qurublar.

 

Ölkə hakimiyyəti şəhərin keçmiş hərbçilərin nəzarətinə keçdiyini təsdiqləyib. Bununla belə, hökumət bəyan edib ki, üsyançılar yerli dinc sakinlərə qarşı heç bir zorakılığa əl atmayıblar.

 

Sonra məlum olub ki, keçmiş hərbçilər ölkənin daha bir şəhərini - Daloanı da ələ keçirməyə çalışır. Orada polis əməkdaşları ilə üsyançılar arasında silahlı qarşıdurma baş verib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR