ABŞ-da hava limanında atışma: 5 ölü, 13 yaralı
ABŞ-ın Florida ştatındakı Fort-Loderdeyl hava limanında silahlı insident baş verib. APA TV-nin məlumatına görə, silahlı şəxsin aeroportdakılara hücum etməsi nəticəsində 5 nəfər ölüb, 13 adam yaralanıb.
Hadisə hava limanının II terminalının baqaj bölməsində baş verib. Polis sərnişinləri təhlükəsizlik məqsədilə təxliyə edib.
Adamlara atəş açan şəxs tutulub. Onun təkbaşına hərəkət etdiyi bildirilir.
Florida ştatını Senatda təmsil edən Bill Nelson hava limanındakı atışmanın mümkün motivlərini açıqlayıb. Onun sözlərinə görə, hadisənin səbəbi polis tərəfindən yaxalanan şəxsin psixoloji problemi, yaxud terror aktı ola bilər.
OXŞAR XƏBƏRLƏR
13:58
1455
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1608
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1579
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1107
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1200
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1136