Şəmkirdə güclü yanğın: 3 avtomobil, istixana və avadanlıq külə döndü
Bu gün səhər 08:30 radələrində Şəmkir rayonunda güçlü yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın Eldəniz Məmmədova məxsus istixananın ərazisində ümumi sahəsi 500 kv.m olan talvar hissəsində qeydə alınıb.
Talvarın altında olan ofis, işçilərin yeməkxanası və istixanaya məxsus “VAZ” markalı minik, “QAZel” markalı mikroavtobus, “ZİL” markalı yük avtomobilinin yanar hissələri yanıb. Həmçinin 2000 ədəd yeşik, 60 top damcı üsulu ilə suvarma şlanqı, 3 ton kağız, 12 min dollar dəyərində olan istilik vermək üçün aqreqat tamamilə yanaraq külə dönüb.
Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürəni və canlı qüvvəsi cəlb olunub. İstixana və istixananın qazanxana sistemi yanğından mühafizə olunsa da istixana sahibinə külli miqdarda ziyan dəyib.
Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı