Ərdoğan: "İŞİD, FETÖ və PKK birləşib"
"Ələ keçirilən silahlar terroristlərin çox böyük qətliam planlaşdırdığını sübut edir". APA TV-nin məlumatına görə, bunu Şanlıurfada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün İzmirdə baş vermiş teror aktına münasibət bildirərəkən deyib.
Ərdoğan təəssüf hissi ilə bildirib ki, gözü qana bulaşmış terrorçuların hücumları davam etdir.
"Atrıq bunu heç kim inkar edə bilməz ki, İŞİD, FETÖ, PKK bir-birinə dəstək verib Türkiyəyə qarşı hücuma keçib. Mərdliklə ortaya çıxıb bizimlə mübarizə apara bilməyənlər, öz aləmlərində terror təşkilatları vasitəsilə bizi yola gətirmək istəyirlər. Üzərimizə terror təşkilatlarını salanlar səhvlərini eyni atəş özlərini yandıranda anlayacaq. Əmin olun ki, Türkiyə bu problemlərin öhdəsindən gələcək. Bu ölkədə İzmirdəki polis şəhidimiz kimi 80 milyon qəhrəman var", - deyə Ərdoğan əlavə edib
Suriyada apardıqları əməliyyata da münasibət bildirən Ərdoğan, İŞİD məhv olana qədər mübarizəni davam etdirəcəklərini deyib. Türkiyə prezidenti iraqlıların, suriyalıların yenidən sülhə qovuşması üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı