Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə milyonuncu sərnişin yola salındı
Bu gün Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə milyonuncu sərnişin yola salınıb. APA TV-nin məlumatına görə, bu münasibətlə KİV nümayəndələri və dəmir yolu işçilərinin iştirakı ilə xanım sərnişinə hədiyyə təqdim edilib.
“Azərbaycan Dəmir Yolları” QSC Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov bildirib ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarında sərnişin sıxlığı son zamanlar nəzərəçarpacaq dərəcədə artıb, qiymətlər isə stabil olaraq qalır: "Sərnişinlərin sayı günü-gündən artır. Biləcəri və Xırdalan ərazisində dayanacaqlar təyin edildikdən sonra sərnişin sıxlığı iki dəfə artıb. Gün ərzində 5 mindən artıq sərnişin daşınır. Biznes-klass vaqonda qiymət 2,50 AZN-dən 1,20 AZN-ə, ekonom-klassda isə qiymət olduğu kimi qalır. Qiymətlərin qaldırılması ilə bağlı heç bir fikir yoxdur".
Milyonuncu sərnişin BDU-nun III kurs tələbəsidir. O, Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətindən razıdır: "Qatardan yarandığı gündən istifadə edirəm. Tələbələr üçün çox əlverişlidir. Layihə rəhbərinə təşəkkürümüzü bildiririk. Rahatlıq əladır".
Leyla Hüseynzadə 2 ay ərzində qatardan pulsuz istifadə edəcək, həm də biznes-klass vaqonda.
Qeyd edək ki, sabahdan etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir. Belə ki, gün ərzində Bakı sərnişin stansiyasından ilk qatar səhər saat 08:00-də, sonuncusu isə 19:30-da yola düşəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı