Türkiyənin ədliyyə naziri: "İzmir terrorunu PKK törədib"
İzmirdə törədilən terror aktı ilə əlaqədar ölü olaraq ələ keçirilən terroristlərlə əlaqəsi olan 18 şübhəli saxlanılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ədliyyə naziri Bəkir Bozdağ bu barədə məlumat verib.
O, terror aktını PKK-nın həyata keçirdiyinə dair heç bir şübhənin olmadığını deyib: "Terroristlərin kimliyi məlum olub. Amma açqlamırıq. Hücumla bağlı göstəriş PKK-dan gəlib. Terroristlərin üzərindən çıxan əşyalara baxdıqda görürük ki, böyük bir qətliam planlaşdırılıbmış. 2 maşınla gəliblər. Birində çoxlu sayda bomba olub, biri isə boş. Məlumdur ki, bomba yüklü avtomobillə Ədliyyə binasına girib partlayış törətmək istəyiblər. Qəhrəman polisimiz Fethi Sekinin diqqəti və cəsarəti sayəsində bu böyük plan baş tutmayıb". SİTATIN SONU.
Qeyd edək ki, hücumdan dərhal sonra saxlanılan 2 şübhəli prokurorluğun təlimatı ilə buraxılıb.
Xatırladaq ki, ötən gün İzmirdə məhkəmə binası qarşısında partlayış törədilib. Partlayış nəticəsində 2 nəfər şəhid olub. 2 terroçu isə zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı