İŞİD niyə Dəməşqdə yox, Türkiyədə terror törədir? - Suriya rəsmisindən açıqlama
Bəşər Əsədə yaxınlığı ilə seçilən Suriya parlamentinin baş katibi Halid Abbud ölkə kəşfiyyatçılarının İŞİD terror təşkilatına sızdığını və istiqamətləndirdiyini etiraf edib.
APA TV-nin məlumatına görə, Halid Abbud Ankaranı üstü örtülü şəkildə təhdid edərək təşkilatın Türkiyədəki terror aktlarını Əsəd rejimi ilə əməkdaşlıq edərək dayandıra biləcəyi fikrini irəli sürüb.
Suriya Televiziyasında bir verilişə qatılan deputat İŞİD-lə əlaqələrini paylaşıb.
"İŞİD və "Ən Nusra" Dəməşq ətrafındadır. Bəs niyə Dəməşqdə partlayış olmur? Ancaq Türkiyənin vilayətlərində partlayış olur. Çünki Suriyanın təhlükəsizlik qüvvələri, kəşfiyyatı bu təşkilatların içinə sıza bilib. Türkiyədə baş verənləri kimsə dayandıra bilməz. Sadəcə bir yolu var. Suriyanın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edilərsə qarşısı alına bilər. İordaniyada təhlükəsizlik qüvvələrinə edilən hücumlara baxın. Suriya dövləti İordaniya və Türkiyə coğrafiyasında yaşanan hadisələrlə bağlı geniş məlumatlara sahibdir".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı