Dəniz özü ilə "Kinder Surprise" gətirdi - ALMANİYADA

Almaniyada sürpriz hadisə yaşanıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Şimal dənizində yerləşən Langeoq adasının sakinləri ərazidə on minlərlə "Kinder Surprise" oyuncağı aşkar ediblər.

Oyuncaqların Bremerhafen şəhərinə istiqamətlənən tankerdən dənizə düşdüyü, daha sonra dalğaların onları sahilə gətirdiyi ehtimal olunur.

Bu hal yaxınlıqdakı uşaq bağçasında tərbiyə alan uşaqların ürəyincə olub. Belə ki, balacalar müəllimlərinin köməyi ilə oyuncaqları sahildən toplamağa başlayıblar. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR