Tramp Ağ Ev aparatına yeni təyinatları açıqladı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Ev aparatına bir sıra təyinatlar edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Trampın keçid komandasının nümayəndəsi məlumat verib.
Ağ Evin daxili siyasət şurasının direktoru vəzifəsini Endryu Bremerq tutacaq. Onun büdcə siyasəti üzrə müavini və kuratoru isə iqtisadçı Pol Unifri olacaq.
Təhlükəsizlik və hüquq məsələləri ilə Con Zadrozni məşğul olacaq. Daxili siyasət şurasına rəhbərlik Stiven Millerə həvalə olunacaq. Bundan başqa ABŞ-ın 45-ci prezidenti bir sıra başqa vəzifələrə də təyinatlar edib.
D.Tramp ABŞ-ın Milli Kəşfiyyat idarəsinə rəhbərlik edəcək şəxsin adını da müəyyənləşdirib. Bu vəzifəyə İndiana ştatının keçmiş senatoru Daniel Kouts yiyələnəcək.
Qeyd edək ki, D.Trampın inauqurasiyası yanvarın 20-də olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı