Türk polisi İzmirdə terrorçularla üzbəüz döyüşüb şəhid oldu - REAL GÖRÜNTÜ
Türkiyənin İzmir şəhərində terror nəticəsində şəhid olan polisin terrorçularla döyüşdüyü anın kamera görüntüləri yayılıb.
APA TV-nin məlumatına görə, Fethi Sekin partlayışdan sonra silahları ilə qaçan terrorçuların üzərinə gedir.
Avtomobilin arxasında gizlənən terrorçularla üzbəüz gələrək döyüşür. Bir terrorçunu öldürür, mərmisi bitəndə isə qaçmağa çalışır. Sağ qalan digər terrorçu tərəfindən vurulur.
Hadisə terrorçuların bomba yüklü avtomobili İzmir Ədliyyə binasının ərazisinə daxil etmək istəməsi ilə başlayır.
Fethi Sekin buna mane olduğu üçün avtomobili partladıb qaçırlar. Nəqliyyat polisi terrorçuların arxasınca qaçaraq onları zərərsizləşdirməyə çalışır və izlədiyiniz görüntülər baş verir.
Daha sonra köməyə gələn polislər ikinci terrorçunu hadisə yerində öldürür. Gecə saatlarında isə üçüncü terrorçu ələ keçirilib.
Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb, 9 nəfər isə yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı