Bağdadda ard-arda partlayışlar: 27 ölü

İraq paytaxtında terror aktı törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Bağdad bazarlarının birinin yaxınlığında ard-arda partlayışlar qeydə alınıb.

Birinci partlayış avtomobildə baş verib. İkinci partlayış isə Nəzarət Buraxılış Məntəqəsinin yanında törədilib. Burda da partlayıcı avtomobildə quraşdırılıb.

27 nəfərin öldüyü bildirilir, yaralı sayı çoxdur. Hadisəyə görə hələ heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR