Rusiyadakı səfirliyimizin əməkdaşları ORXAN ZEYNALOVLA görüşüblər
Azərbaycanın Rusiyadakı səfirliyinin konsulu Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov bu gün həbsdə olan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşüblər. APA-nın xəbərinə görə, səfirlikdən bildiriblər ki, görüş Rusiya XİN-ə verilən nota və Rusiya İstintaq Komitəsinə müraciət əsasında baş tutub.
Səfirliyin əməkdaşları O. Zeynalovla söhbət ediblər və onu istintaqın gedişi və cari vəziyyətlə tanış ediblər. O. Zeynalov qeyd edib ki, təcridxanada onunla normal rəftar edilir və saxlanma şəraitindən narazılığı yoxdur. Daha sonra söhbətə vəkil Viktor Anikuşkin də qoşulub. Diplomatlar istintaqın və məhkəmənin obyektiv aparılmasını təmin etmək üçün vəkillə sıx əməkdaşlıq etməsinin zəruriliyini O. Zeynalovun nəzərinə çatdırıblar.
OXŞAR XƏBƏRLƏR
19:44
783
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
808
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1023
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2177
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2152
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1981