Beynəlxalq Bankın rəhbərliyinə iki bankir gətirilir
"Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Aqşin Əmirov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyinə gətirilir. Bu barədə "APA-Economics"ə bank sektorundakı mənbə bildirib.
Məlumata görə, A. Əmirovun ABB-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir.
Mənbə əlavə edib ki, A. Əmirovla yanaşı dövlət bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov da gətiriləcək.
"Hər iki şəxs artıq bir müddətdir ABB-də təhvil-təslim işləri ilə məşğuldur. Hələlik rəsmi təyinat yoxdur. Lakin yaxınlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə bildirib.
Xatırladaq ki, dekabr ayında ABB-nin İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası Xalid Əhədova həvalə olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı