FETÖ işində ilk hökm oxundu: iki hərbçiyə ömürlük cəza

Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edən ilk iki hərbçiyə hökm oxunub.

 

APA TV-nin məlumatına görə, Ərzurum 2-ci Ağır Cəza Məhkəməsində mühakimə olunan hərbçilərə ömürlük həbs cəzası verilib.

 

FETÖ təhqiqatı çərçivəsində saxlanılan təşkilatın "Ərzurum Fövqəladə Vəziyyət komandiri" olan polkovnik Murat Koçak və mayor Murat Yılmazın hər ikisinə ömürlük həbs cəzası verilib.

 

Hər iki hərbçi ittihamları qəbul etməyərək bəraət tələb ediblər. Məhkəmə isə hər iki şəxsin cəzasında hər hansı yüngülləşdirilməyə gedilməməsi barədə qərar verib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR