Dağlıq Qarabağda erməni əsgər iki hərbçini güllələyib
İşğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində insident baş verib.
APA-nın məlumatına görə, cəbhə xəttində yerləşən hərbi hissədə başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb.
Fiziki təzyiqlərə məruz qalan H.Babeyan avtomat silahından atəş açaraq gizir M.Sarkisyanı ayağından və adı hələlik açıqlanmayan digər müqavilə əsasında hərbi xidmətdə olan əsgər yoldaşını qarnından yaralayıb.
Yaralılar dərhal Xankəndidəki hərbi hospitala çatdırılıb. Gizir M.Sarkisyanın vəziyyətinin sabit olduğu, digər yaralının isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Məlumata görə, hadisə baş verən hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı rəhbərliyə bədbəxt hadisə kimi təqdim edib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı