Güclü külək əsəcək

Bakı və Abşeron yarımadasında yanvarın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

 

APA TV-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumatına görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2-5 dərəcə isti, gündüz  9-14 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi  yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

 

2017-ci il yanvarın 6-7-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR