Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu
Milliyyətcə azərbaycanlı olan "qanuni oğru" Rövşən Lənkəranskinin (Canıyev) qətlinin sifarişçisi məlum olub.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Rusiya hüquq-mühafizə orqanlarına digər azərbaycanlı kriminal avtoritet Rəşad İsmayılov növbəti "sxodka"lardan birində R.Canıyevin məhz onun göstərişi ilə öldürüldüyünü deyib, bu addımı isə Rövşən Lənkəranskinin yaxın dostu, kriminal aləmdə nüfuz sahibi olan Canpolad Şamil oğlunu qətlə yetirməsi ilə əsaslandırıb.
Canpolad Şamil oğlunun qətlinin araşdırılması zamanı müstəntiqlər bu işə iki killerin cəlb olunduğunu üzə çıxarıb. Eyni zamanda onların hər ikisinin məhz Rövşən Lənkəranskinin dəstə üzvləri olduğu məlum olub.
Qeyd edək ki, Rövşən Lənkəranski ləqəbli R.Canıyev 2016-cı il avqustun 18-də İstanbuldakı restoranlardan birini tərk etmək istəyərkən naməlum şəxslər avtomobilinin qarşısını kəsərək atəş açmağa başlayıb. Nəticədə R.Lənkəranski və onun sürücüsü qətlə yetirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı