Suriyanın şimalında 38 terrorçu məhv edildi, biri İŞİD əmiridir

Suriyada İŞİD terror təşkilatının əmirlərindən biri öldürülüb. APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı "Fərat qalxanı" hərəkatının gedişi barədə açıqlama verib.


Açıqlamada biri İŞİD əmiri olmaqla 38 terrorçunun məhv edildiyi bildirilir.

 

"İŞİD-ə aid olduğu müəyyən olunan 74 hədəf atəşə tutularaq zərərsizləşdirilib, biri İŞİD əmiri olmaqla 20 terrorçu öldürülüb. Hərbi Hava Qüvvələrinə aid təyyarələr tərəfindən Əl-Bab, Bzagah, Tadif, Kabr əl-Mukri, Suflaniyah və Zammarda yerləşən terrorçulara məxsus 28 hədəfə endirilən zərbələr nəticəsində avtomobillər, idarəetmə mərkəzləri, silah anbarları, müdafiə mövqeləri sıradan çıxarılıb. Hava hərəkatı nəticəsində isə 18 İŞİD terrorçusu məhv edilib", - deyə açıqlamada qeyd edilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR