Bayram günlərində təcili yardıma müraciətlərin sayı kəskin artıb
Dünya Azərbaycanlıların Həmrəylik Günü, Yeni il bayramı və istirahət günlərində (31 dekabr - 5 yanvar ) təcili yardıma daxil olan müraciətlərin sayı artıb.
Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə APA-ya bildirib ki, bu da bayram və istirahət günlərində poliklinikaların işləməməsi ilə bağlıdır.
Onun sözlərinə görə, adi günlərdə təcili yardıma gün ərzində 2000-ə yaxın müraciət daxil olurdusa, bayram günlərində onların sayı 2800-dən çox olub: “Bu günlərdə heç bir fövqəladə hal qeydə alınmayıb. Müraciətlər əsasən, soyuqdəymə, qızdırma və təcili yardıma aid digər hallarla bağlı olub. Ümumilikdə isə təcili yardım briqadaları bayram və istirahət günlərində gücləndirilmiş iş rejimində və növbətçilik əsasında fəaliyyət göstərib”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı